Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitindən şikayət edib

Misirin sabiq prezidenti Məhəmməd Mursi həbsxanada saxlanma şəraitindən şikayət edib
# 09 avqust 2015 03:42 (UTC +04:00)

APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, Məhəmməd Mursi tibbi müayinədən keçirilməsini tələb edib və həbsxana qidasının ona uyğun olmadığını bildirib. Misirin sabiq prezidenti şəkər xəstəliyi səbəbindən həbsxanada verilən yeməkləri qəbul etməkdən imtina edib.

Həbsxana rəhbərliyi Mursiyə kənardan ərzaq və qida gətirilməsinə icazə verməyib.

Qeyd edək ki, Misir məhkəməsi sabiq prezident Məhəmməd Mursi barəsində yekun hökm çıxararaq onu ölüm cəzasına məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR