Bakıda iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb

Bakıda iki gün əvvəl avtomobillə vurulan piyada xəstəxanada ölüb
# 29 iyul 2015 10:17 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 27-də saat 23.00 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsində Bakı şəhər sakini Elvin Salamov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Əhməd Hüseynovu vurub.

Xəstəxanaya yerləşdirilən Ə. Hüseynov orada ölüb.

Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR