Lənkəranda satıcıya xəsarət yetirən şəxslər marketdən oğurluq ediblər - VİDEO

Lənkəranda satıcıya xəsarət yetirən şəxslər marketdən oğurluq ediblər - <span style="color: red;">VİDEO
# 17 iyul 2015 07:19 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda ticarət obyektlərinin birində oğurluq hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə gecə saat 23.30 radələrində Əli Cəfərova məxsus, şəhərin Əli Məmmədov küçəsində, 1-ci mikrorayon ərazisindəki gündəlik tələbat malları marketində qeydə alınıb. Şəxsiyyətləri hələlik məlum olmayan üç nəfər siqaret almaq adı ilə kassaya yaxınlaşaraq satıcıya baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Digər bir nəfər marketin qapısında dayanıb. Satıcıya xəsarətlər yetirilən zaman dəstə üzvlərindən daha biri kassada olan 200 manata yaxın pulu və təxminən 300 manatlıq mobil telefon danışıq kartlarını götürüb.

Daha sonra qarətçilər dərhal marketdən çıxıb taksiyə oturaraq, hadisə yerindən uzaqlaşıblar.

Hadisə barədə Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə məlumat verilib. Polis əməkdaşları marketə gələrək baxış keçirib, müvafiq müayinələr ediblər. Şahidlərin ifadələri əsasında istintaq-axtarış tədbirlərinə başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR