Qətərin təhsil naziri BDU-da olub

Qətərin təhsil naziri BDU-da olub
# 20 fevral 2017 14:04 (UTC +04:00)

Bakı Dövlət Universitetində (BDU) Qətər dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd

BDU-nun Mətbuat və informasiya şöbəsindən APA-ya verilən məlumata görə, qonaqları salamlayan rektor, akademik Abel Məhərrəmov İslam dünyasının inkişaf etmiş ölkələrindən olan Qətərlə Azərbaycan arasında diplomatik əlaqələrdən danışıb.

Rektor bildirib ki, ötən il Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Dohaya səfəri çərçivəsində Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüşüb, ölkələr arasında təhsil sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib, birgə fəaliyyətin genişləndirilməsinin, elmi tədqiqatların aparılmasının əhəmiyyəti qeyd edilib.

Rektor, eyni zamanda qonaqlara BDU, onun beynəlxalq əlaqələri, o cümlədən islam universitetləri ilə əlaqələri barədə məlumat verib.

Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadinin islam dünyasının tanınmış elm-təhsil təşkilatçılarından biri olduğunu deyən rektor, ona universitetin fəxri qonağı diplomunu təqdim edib.

Sonra qonaq Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi BDU-da olmaqdan, “fəxri qonaq” adına layiq görülməkdən məmnunluğunu ifadə edib, gələcək fəaliyyətində də elm-təhsil sahəsində əlaqələrin inkişafına dəstək olacağını qeyd edib.

İlahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyevin çıxışından sonra tədbir tələbələrin çoxsaylı sualları ilə davam edib.

Sonda nümayəndə heyəti universitetin elmi-tədqiqat və tədris laboratoriyalarında olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR