Rusiyada yük maşını yaşayış evinə çırpılıb, 5 nəfər ölüb

Rusiyada yük maşını yaşayış evinə çırpılıb, 5 nəfər ölüb
# 16 oktyabr 2016 19:07 (UTC +04:00)

Bakı-APA. Rusiyanın Sverdlovsk vilayətində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Nikolo-Pavlovskoye yaşayış məntəqəsində yük avtomobili ikimərtəbəli yaşayış evinə çırpılıb.

Hadisə nəticəsində yük maşınında olan 5 nəfər ölüb, 1 uşaq isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hazırda qəzanın səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR