Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir
# 06 oktyabr 2017 15:47 (UTC +04:00)

Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Azərbaycanda işgüzar səfərdə olan Qazaxıstan Hərbi Hava Qüvvələrinin komandanı aviasiya general-mayoru Nurlan Karbenovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, görüşdə iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətinin səfər çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin aviabazaları ilə tanışlığı nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR