Bank Of Baku

"Bitcoin"in dəyəri mayın 18-dən ilk dəfə 45 min dolları ötüb

"Bitcoin"in dəyəri mayın 18-dən ilk dəfə 45 min dolları ötüb
# 09 avqust 2021 09:59 (UTC +04:00)

Dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"in dəyəri mayın 18-dən bəri ilk dəfə 45 min ABŞ dollarını ötüb. Bu göstərici avqustun 8-də qeydə alınıb, hazırda isə sözügedən kriptovalyuta 43 min dollardan yuxarı ticarət olunur.

"APA-Economics" xəbər verir ki, "Binance" birjasının məlumatına görə, avqustun 9-da saat 08:18-də "Bitcoin"in dəyəri 2,4% azalaraq 43,34 min dollar təşkil edib.

May ayında ucuzlaşan kriptovalyuta son bir həftə ərzində 34 min dollardan 42 min dollara yüksəlib.

Xatırladaq ki, 2021-ci ilin aprelində "Bitcoin"in qiyməti 65 min dollara çatmışdı. May ayının ortalarında aparıcı rəqəmsal valyutaların dəyəri 44-64%, ümumi bazar kapitallaşması isə 1,2 trln. dollardan çox azalıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR