Şabran sakini dərmandan zəhərlənib

Şabran sakini dərmandan zəhərlənib
# 14 avqust 2015 21:02 (UTC +04:00)

Şabran. Vəli Turan – APA. Şabran rayonunda dərmandan zəhərlənmə faktı qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 1987-ci il təvəllüdlü Şabran rayon sakini, Qədəşova Vəfa Məhərrəməli qızı Şabran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR