Lənkəranda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb
# 27 oktyabr 2016 18:21 (UTC +04:00)

Lənkəranda ağır yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə axşam saatlarında şəhərin Füzuli küçəsində qeydə alınıb. Lənkəran şəhəri marşrutu üzrə işləyən sərnişin avtobusu qarşı tərəfdən gələn sərnişin mikroavtobusu ilə toqquşub. Güclü zərbə nəticəsində mikroavtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.

Onların hamısına zəruri tibbi yardım göstərilib. MRX-dən xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR