Trampa dəstək reytinqi antirekord vurub

Trampa dəstək reytinqi antirekord vurub
# 29 mart 2017 21:15 (UTC +04:00)

ABŞ prezidenti Donald Trampın ölkə əhalisi tərəfindən dəstəklənmə səviyyəsi yenidən ən aşağı həddə düşüb.

APA-nın xəbərinə görə, bu barədə “Gallup”ın apardığı sorğunun nəticəsində bildirilir.

Martın 28-də keçirilən sorğunun nəticələrinə əsasən, respondentlərin 35%-i ABŞ prezidentinin fəaliyyətini müsbət qiymətləndirib. Bundan əvvəlki sorğuda isə respondentlərin 36%-i D.Trampın fəaliyyətini dəstəkləmişdi.

Qeyd olunur ki, iki aylıq prezidentlik dövründə Barak Obamanı 60%-dan, kiçik Corc Buşu isə 50%-dən çox respondent dəstəkləyib. "Gallup"-ın gündəlik sorğularında 1 500 nəfər iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR