AMEA: 1991-2015-ci illərdə Abşeronda soyuq hava dalğalarının say və davamiyyətində azalma müşahidə olunub

AMEA: 1991-2015-ci illərdə Abşeronda soyuq hava dalğalarının say və davamiyyətində azalma müşahidə olunub
# 24 yanvar 2018 13:27 (UTC +04:00)

Abşeron yarımadasında 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.


APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Akademiyanın Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib.

Onun sözlərinə görə, Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar - sinoptik şərait, külək və havanın temperaturu işlənilib: "Eyni zamanda sərhəd göstəricilər - temperaturun 0 dərəcə selsi və daha az, şaxtalı dövrün iki gün və daha az olması müəyyən edilib. Bu dalğaları şərtləndirən sinoptik proseslər, onların təkrarlanması və davamiyyəti də öyrənilib. Araşdırmalar zamanı 1961-1990-cı illərlə müqayisədə 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalmanın olduğu müəyyən olunub".


Akademik qeyd edib ki, Xəzər dənizindəki güclü zəlzələ ocaqlarının kinematik və dinamik parametrləri təyin edilərək onların dərinlik qırılmalarının seysmik aktiv hissələri və yatma elementləri dəqiqləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR