Belarus prezidentliyinə keçmiş namizəd ölkəsinə qayıdarkən sərhəddə tutulub

Belarus prezidentliyinə keçmiş namizəd ölkəsinə qayıdarkən sərhəddə tutulub
# 08 sentyabr 2015 14:02 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Belarus prezidentliyinə keçmiş namizəd Ales Mixaleviç respublikaya geri dönüşü zamanı sərhəddəki Qudoqay stansiyasında saxlanılıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Belarus Dövlət Sərhəd Komitəsindən məlumatı təsdiqləyiblər.

“O, axtarışda olan şəxs kimi saxlanılıb və Daxili İşlər Nazirliyinin əməkdaşlarına təhvil veriləcək”, - deyə Dövlət Sərhəd Komitəsinin mətbuat katibi Aleksandr Tişenko bildirib.

Xatırladaq ki, digər prezidentliyə namizədlər kimi A. Mixaleviç də 2010-cu ildə həbs edilib. 2011-ci lin fevralında Dövlət Təhlükəsizlik Xidmətinin təcridxanasından ev dustaqlığı şərti buraxılsa da, siyasətçi ölkəni tərk etməyə müvəffəq olmuşdu. Onun Çexiyadan siyasi sığınacaq aldığı bildirilirdi.

Qeyd edək ki, daha əvvəl A. Mixaleviç öz "Facebook" səhifəsində 8 sentyabrda Vilnüsdən Belarusa qayıdacağını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR