“Tibb müəssisəsinə eyni göndərişlə ambulator xidmət üçün 21 gün ərzində müraciət etmək olar”.
APA-nın məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Göndərişlər şöbəsinin müdiri Arif Əkbərov "Göndərişlər" mövzusunda çıxışında deyib. O bildirib ki, həmin şəxs üzərində əməliyyat icra olunubsa, eyni tibb müəssisəsinə, eyni həkimə və eyni şikayətlə müraciət etdikdə 45 gün ərzində keçərlidir: “Şikayət fərqli olarsa, yeni göndəriş lazımdır. Və ya başqa tibb müəssisəsinə də müraciət etmək üçün yeni göndəriş olmalıdır”.