Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr edilmiş tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının bu sahədə imzalanmış üçüncü dövlət proqramı olduğunu bildirib.
Dövlət Proqramı ilə bağlı gənclər təşkilatları ilə müzakirələr aparıldığını nəzərə çatdıran İ. Babayev nazirliyin yerli strukturlarını Dövlət Proqramının icrasında fəal iştirak etməyə çağırıb.
Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə fəal gənclərin səfərinin təşkil edilməsinin nəzərdə tutulduğunu söyləyib.
Tədbir çıxışlarla davam edib.
“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı müzakirə edilib
25 oktyabr 2017 10:20 (UTC +04:00)