Aleksis Sançes rəsmən “Mançester Yunayted”ə keçib

Aleksis Sançes rəsmən “Mançester Yunayted”ə keçib
# 22 yanvar 2018 20:14 (UTC +04:00)

İngiltərənin “Mançester Yunayted” və “Arsenal” klubları müvafiq olaraq Aleksis Sançes və Henrik Mxitaryanla müqavilə bağladıqlarını bəyan ediblər.

APA-nın xəbərinə görə, “Mançester Yunayted”in mətbuat xidməti Çili yığmasının hücumçusu ilə müqavilənin şərtlərini açıqlamayıb.

“Arsenal” da ermənistanlı forvardla müqavilənin detallarını açmayaraq, onun uzunmüddətli olduğunu qeyd etməklə kifayətlənib.

Aleksis Sançes 2014-cü ildən “Arsenal”ın şərəfini qoruyub, Henrik Mxitaryan isə 2016-cı ildə Dortmund “Borussiya”sından “Mançester”ə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR