Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib

Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib
# 30 dekabr 2016 12:31 (UTC +04:00)

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Azərbaycan Turizm və Menecment Universitetinə yeni prorektor təyin edilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva yeni təyin edilmiş İnkişaf məsələləri üzrə prorektor İranə Əliyevanı kollektivə təqdim edib.

Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor İranə Əliyeva Azərbaycan Dövlət Universitetini bitirib. Hazırkı təyinatadək Bakı Slavyan Universitetində kafedra müdiri işləyib. Uzun illər ölkəşünaslıq və rus dili üzrə pedaqoji və elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmuş İ.Əliyevanın 60-a yaxın elmi əsəri nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR