Ağdaşda iki avtomobil toqquşub, 6 nəfər ağır xəsarət alıb - FOTOSESSİYA

Ağdaşda iki avtomobil toqquşub, 6 nəfər ağır xəsarət alıb - <span style="color: red;">FOTOSESSİYA
# 13 may 2018 14:35 (UTC +04:00)

Ağdaş rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə hadisə bu gün saat 16:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Qaradağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“VAZ 21099” və “NİVA” markalı minik avtomobillərinin toqquşması nəticəsində 6 nəfər - Ağdaş sakinləri-1987-ci il təvəllüdlü Bayramov Tural Əli oğlu, 1973-cü il təvəllüdlü Şabanov Mahir Əvəz oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Tahir Mamed oğlu, 1956-cı il təvəllüdlü Məmmədova Gülnaz Əziz qızı, 1974-cü il təvəllüdlü Babayeva İlhamə Yusif qızı və 1963-cü il təvəllüdlü İsmayılova Adilə Vəli qızı ağır xəsarətlər aldığı üçün Ağdaş rayon Mərkəzi rayon Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR