2050-ci ilədək karbohidrogenlərdən tamamilə imtina dünya ölkələrinə 140 trln. ABŞ dolları və ya qlobal ÜDM-nin 3%-nə başa gələcək.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə "Sberbank"ın rəhbəri Qerman Qref bildirib.
Onun fikrincə, bu vaxt üçün Rusiyanın enerji ixracatının azalması 190 mlrd. dollardan çox ola bilər.
Qref qeyd edib ki, karbon neytrallığına nail olmaq üçün dünya enerjisinin üçdə ikisi bərpa olunan mənbələrdən istehsal edilməlidir.