ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət ləğv edilib

ABŞ-ın Ferqyuson şəhərində fövqəladə vəziyyət ləğv edilib
# 14 avqust 2015 18:55 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Ferqyuson şəhərində (Missuri ştatı) elan olunmuş fövqəladə vəziyyət ləğv edilib.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Ferqyusonun daxil olduğu Sent Luis dairəsinin hökumət nümayəndələri bildirib.

Ferqyusonda fövqəladə vəziyyət avqustun 10-da elan edilmişdi.

Qeyd edək ki, Ferqüsonda bir il əvvəl polis tərəfindən qətlə yetirilən 18 yaşlı qaradərili Maykl Braunun xatirəsinə aksiyalar keçirilmiş, polislə etirazçılar arasında toqquşmalar baş vermişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR