ABŞ-ın Texas ştatında silsilə partlayışlar baş verib, yaralananlar var

ABŞ-ın Texas ştatında silsilə partlayışlar baş verib, yaralananlar var
# 19 mart 2018 04:56 (UTC +04:00)

ABŞ-ın Texas ştatında baş vermiş partlayş nəticəsində iki nəfər yaralanıb. APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, insident ştatın Ostin şəhərində baş verib.



KMOV telekanalı bir-birinin ardınca iki partlayışın baş verdiyini iddia edir.

Şəhərin təcili tibbi yardım xidməti, öz növbəsində, 2 nəfərin ciddi xəsarət alnması ilə nəticələnən cəmi bir insidentin baş verdiyini təsdiqləyib. Yaralıların həyatına təhlükə olmadığı bildirilir.

Qeyd edək ki, martın 12-də də Ostin şəhərində partlayış baş vermişdi. İnsident nəticəsində 2 nəfər yaralanıb. Qeyd olunan hadisələrin əlaqəli olub-olmaması barədə məlumat yoxdur.

Ştatın qubernatoru silsilə partlayışlar törətmiş şəxs və ya şəxslər barədə doğru məlumatın verilməsinə görə 15000 dollar həcmində mükafat vəd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR