Bakıda elektrik enerjisinin istehsalı ötən il 14% artıb

Bakıda elektrik enerjisinin istehsalı ötən il 14% artıb
# 03 fevral 2020 10:52 (UTC +04:00)

Ötən il Bakıda 5,25 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib, bud a 2018-ci ilin göstəricisi ilə müqayisədə 14,3% çoxdur.

Bu barə "APA-Economics" Bakı Statistika İdarəsinə istinadən xəbər verir.

Məlumata görə, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2019-cu ildə 577,1 mln. manat dəyərində məhsul istehsal edilmiş və xidmətlər göstərilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5% azalıb.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin yanvar-dekabr ayları ilə müqayisədə 6,8% artaraq 243,8 mln. manat olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR