Milli Məclisin deputatları Rusiyada prezident seçkilərini müşahidə edirlər - FOTO

Milli Məclisin deputatları Rusiyada prezident seçkilərini müşahidə edirlər - <span style="color: red;">FOTO
# 18 mart 2018 08:27 (UTC +04:00)

Milli Məclisin deputatları Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının tərkibində Rusiyada prezident seçkilərini müşahidə edirlər.

APA-nın Rusiya bürosunun məlumatına görə, Müşahidə missiyasının koordinatoru Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovdur.

Z. Əsgərov, Aydın Cəfərov və Rauf Əliyev Moskvada, Mixail Zabelin və Elmira Axundova Sankt-Peterburqda, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli isə Tver vilayətində seçki prosesini müşahidə edəcəklər.

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Prezident postu uğrunda 8 namizəd mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR