İrəvanda aksiya keçirilən əraziyə əlavə polis qüvvələri cəlb edilib - VİDEO

İrəvanda aksiya keçirilən əraziyə əlavə polis qüvvələri cəlb edilib - <span style="color: red;">VİDEO
# 24 iyun 2015 01:22 (UTC +04:00)

APA-nın “Novosti Armeniya”ya istinadən verdiyi xəbərə görə, polis əməkdaşlarının əllərində dəyənək və alüminium qalxanlar var.

Hazırda aksiya keçirilən ərazidə işıqlar söndürülüb. Aksiyaya bir qrup müxalifətdən olan deputatlar və hakim partiyanın nümayəndəsi, təhsil naziri Armen Aşotyan qatılıb

NEWS.am-ın məlumatına görə, bir neçə deputat, mədəniyyət və şou-biznes nümayəndələri polis və etirazçılar arasında “canlı sədd” yaradıb.

“Azad demokratlar” partiyasının sədri Xaçatur Kokobelyan bildirib ki, onların aksiya təşkilatçılarının taktikasına müdaxilə etmək niyyəti yoxdur, onların əraziyə gəlməsinin səbəbi baş verə biləcək hər-hansı insidentin qarşısını almaqdır.

Bundan əvvəl polis cərgələrində hərəkət müşahidə edilib. Polis rəisinin müavini Unan Poqosyanın bildirdiyinə görə, bu sadəcə növbə dəyişməsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR