Bakı-Sumqayıt elektrik qatarının istifadəçilərinin sayı açıqlanıb

Bakı-Sumqayıt elektrik qatarının istifadəçilərinin sayı açıqlanıb
# 13 oktyabr 2016 08:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı-Sumqayıt dəmir yolu vasitəsilə hərəkət edən elektrik qatarları ilə gündəlik 4 minə yaxın sərnişin daşınır. "APA-Economics" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bildirib.


"Bilirsiniz ki, bu Bakı-Sumqayıt dəmir yolu əsaslı təmir olundu və istismara verildi. Hər gün bu yolla 4 min sərnişin daşınır. Bunun davamı olaraq Bakı dairəvi yolunun təmirinə başlamışıq. Bu yol da tikintidən sonra sərnişinlərin ixtiyarına veriləcək", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR