Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin prezidenti “Azərkosmos”da olub

Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi”nin prezidenti “Azərkosmos”da olub
# 29 may 2018 14:26 (UTC +04:00)

Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” (CNES) və "Avropa Kosmik Agentliyi”nin (ESA) prezidenti Jan-Iv Lö Gol “Azərkosmos” ASC-yə səfər edib.

ASC-dən “APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində Jan-Iv Lö Gol “Azərkosmos” ASC-nin sədri Rəşad Nəbiyev ilə görüşüb. Görüş zamanı “Azərkosmos”un fəaliyyəti, idarəçiliyində olan peyklər və şirkətin gələcək planları barədə geniş məlumat verilib.

Jan-Iv Lö Gola kosmik sahədə təcrübi elmi tədqiqatların aparılması məqsədilə “Azərkosmos” ASC-nin nəzdində qurulan Tədqiqat və İnkişaf Mərkəzi barəsində ətraflı məlumat verilib.

Görüşdə, həmçinin, Fransanın “Arianespace” şirkəti ilə “Azərkosmos” arasında Yer səthinin məsafədən müşahidəsi sahəsində qurulan əməkdaşlıq və “Azerspace-1” peykinin Fransaya məxsus “Ariane-5” raketi ilə uğurla orbitə buraxılması vurğulanıb.

Görüş əsnasında Fransanın “Milli Kosmik Tədqiqatlar Mərkəzi” və “Azərkosmos” ilə tədqiqat və inkişaf sahəsində birgə layihələrin həyata keçirilməsi perspektivləri müzakirə olunub. Yaxın müddətdə bu sahədə konkret layihələrin müəyyən olunmasına dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR