Aİ və Azərbaycan arasında yeni sazişin imzalanmasına dair növbəti görüş oktyabrın sonunda keçirilə bilər

Aİ və Azərbaycan arasında yeni sazişin imzalanmasına dair növbəti görüş oktyabrın sonunda keçirilə bilər
# 03 oktyabr 2017 19:00 (UTC +04:00)

"Avropa İttifaqı (Aİ) və Azərbaycan arasında yeni sazişin imzalanmasına dair növbəti görüşün oktyabrın sonunda olması gözlənilir".

APA-nın xəbərinə görə, bunu Alman Birliyi Günü münasibətilə Almaniyanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə təşkil olunmuş ziyafətdə Azərbaycan XİN rəhbərinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, həmin mərhələdə siyasi təhlükəsizlik məsələləri müzakirə ediləcək.

XİN rəhbərinin müavini Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası və Avropa İttifaqı (Aİ) arasında imzalanacaq aviasiya sazişi ilə bağlı görüş oktyabrın 23-24-də Bakıda keçiriləcək.

Mahmud Məmmədquliyev həmçinin bildirib ki, noyabr ayında Berlində Almaniya və Azərbaycanın iqtisadi sahədə yüksək rütbəli işçi qrupunun növbəti iclası təşkil olunacaq: "Güman edirəm ki, növbəti iclas iki ölkə arasındakı iqtisadi əməkdaşlıq üçün faydalı və səmərəli olacaq".

M.Məmmədquliyev bildirib ki, Azərbaycan Almaniya ilə tərəfdaşlıqda maraqlıdır və çoxsaylı platformada qarşılıqlı dəstəyin gələcəkdə gücləndiriləcəyinə ümid edir.

Nazir müavini hər iki ölkə arasında həm enerji, həm də qeyri-enerji sahəsində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb: "Çalışmalıyıq ki, Azərbaycan və Almaniya arasında ticarət və investisiya üzrə işçi qrupun potensialından istifadə olunsun. Məhz bu iclaslar vasitəsilə mühüm məsələləri müzakirə etmək olar".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR