Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb

Rusiyada ev yanıb, 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb
# 27 yanvar 2018 02:27 (UTC +04:00)

Rusiyanın Perm diyarında fərdi evdə güclü yanğın baş verib.

APA-nın məlumatına görə, bu barədə “İnterfaks” agentliyinə region üzrə İstintaq Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Hadisə yanvarın 27-ə keçən gecə İlyinsk qəsəbəsində qeydə alınıb.

Yanğın nəticəsində 3-ü uşaq olmaqla 5 nəfər yanaraq ölüb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR