Rumıniyada hökumət əleyhinə növbəti aksiya keçirilib

Rumıniyada hökumət əleyhinə növbəti aksiya keçirilib
# 07 fevral 2017 04:29 (UTC +04:00)

Buxarestin Qələbə meydanında hökumətin istefası tələbi ilə növbəti aksiya keçirilib.

APA-nın məlumatına görə, kütləvi etirazların təşkilatçıları aksiyada yüz minlərlə adamın iştirak edəcəyini bildirsələr də, iştirakçıların sayı təxminən 25 min nəfər olub.

Hökumətin Cinayət Məcəlləsinə etirazlara səbəb olan düzəlişləri ləğv etməsinə baxmayaraq, Rumıniyanın bütün şəhərlərində hakimiyyət əleyhinə aksiyalar keçirilir. Düzəlişlər nəticəsində hakim partiyanın korrupsiya cinayətlərinə görə həbs edilmiş üzvləri azadlığa çıxa bilərdilər.

Bir neçə gündür davam edən etiraz aksiyaları son 25 ilin ən irimiqyaslı nümayişləri sayılır. Bazar günü ölkəboyu 600 minə yaxın adam küçələrə çıxıb.

Fevralın 8-də Rumıniya parlamenti hökumətə etimad məsələsini müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR