Üç nəfəri maşın vuraraq öldürüb

Üç nəfəri maşın vuraraq öldürüb
# 05 mart 2018 08:47 (UTC +04:00)

Üç nəfəri maşın vuraraq öldürüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 4-də saat 6 radələrində Səbail rayonunun Badamdar şossesində müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Azər Davidov vurulub və nəticədə o, hadisə yerində ölüb.

Elə həmin gün saat 22 radələrində Xaçmaz rayonunun Xudat şəhərində Qusarçay kənd sakini Şakir Orucov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən şəhər sakini Bəhruz Qafarovu vuraraq öldürüb.

Bundan başqa, Abşeron rayonunun Xırdalan şəhərində Masazır qəsəbə sakini Sənan Lətifov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Qazax rayon sakini Rövşən Xaşalovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Hər üç faktla balı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR