Putin güc strukturlarında çalışan 11 generalı işdən çıxarıb

Putin güc strukturlarında çalışan 11 generalı işdən çıxarıb
# 06 aprel 2018 16:56 (UTC +04:00)

Rusiya prezidenti Vladimir Putin Daxili İşlər Nazirliyi, Cəzaların İcrası Xidməti, Mülki Müdafiə Məsələləri və Fövqəladə Hallar Nazirliyi, eləcə də İstintaq Komitəsində çalışan 11 generalın işdən azad edilməsi barədə sərəncam imzalayıb.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, V. Putin Daxili İşlər Nazirliyi və İstintaq Komitəsinə yeni təyinatlar barədə də sərəncam imzalayıb.

Kadr dəyişikliklərinin səbəbi açıqlanmır.

Qeyd edək ki, Rusiya prezidenti keçən ilin iyulunda Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Cəzaların İcrası Xidmətində 8 generalı işdən çıxarmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR