Bank Of Baku

Ceyranbatan gölü yaxınlığında yanğın olub - YENİLƏNİB - FOTO

Ceyranbatan gölü yaxınlığında yanğın olub - YENİLƏNİB  - FOTO
# 12 avqust 2021 18:25 (UTC +04:00)

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazlriyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot və kol-kos yanıb.

Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.

***

18:13

Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın başlayıb.

APA-nın xəbərinə görə, Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda kol-kos yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR