Abşeron rayonunun Ceyranbatan qəsəbəsində, Ceyranbatan su anbarının yaxınlığında baş verən yanğın söndürülüb.
Bu barədə APA-ya Fövqəladə Hallar Nazlriyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, yanğın zamanı 1 ha sahədə quru ot və kol-kos yanıb.
Yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti tərəfindən söndürülüb.
Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub.
***
18:13
Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində yanğın başlayıb.
APA-nın xəbərinə görə, Ceyranbatan gölünün yaxınlığında, mühafizə zolağından kənarda kol-kos yanıb.
Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən qüvvələri tərəfindən məhdudlaşdırlıb, alovun geniş əraziyə yayılmasının qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.