Tbilisidə Heydər Əliyevin 95 illiyi ilə əlaqədar konsert keçirilib

Tbilisidə Heydər Əliyevin 95 illiyi ilə əlaqədar konsert keçirilib
# 11 may 2018 18:14 (UTC +04:00)

Azərbaycanın xalq artisti Fidan Hacıyeva Tbilisidə Şota Rustaveli adına Teatrda solo konsert proqramı ilə çıxış edib.

APA-nın yerli bürosunun məlumatına əsasən, Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən təşkil olunmuş konsert ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunub.

F.Hacıyeva konsertdə Üzeyir Hacıbəyov, Qara Qarayev, Müslim Maqomayev, Ədilə Hüseynzadə və digər bəstəkarların mahnıları ilə yanaşı Azərbaycanın xalq mahnılarını da ifa edib. Müğənni həmçinin dünya bəstəkarlarının klassik əsərlərini də təqdim edib.

Konsertin tamaşaçıları arasında Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan xarici işlər nazirinin müavini David Dondua, səfirlik əməkdaşları, Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) üzvləri, ziyalılar və ictimaiyyət nümayəndələri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR