SOCAR neft hasilatını 9% azaldıb

SOCAR neft hasilatını 9% azaldıb
# 22 dekabr 2016 15:03 (UTC +04:00)

SOCAR 2016-cı ilin yanvar-noyabr aylarında 6 mln. 935,1 min ton neft hasil edib ki, bu da 2015-ci ilin analoji dövrünün göstəricisindən 8,6% azdır. "APA-Economics" xəbər verir ki, bu barədə SOCAR-ın açıqladığı məlumatda deyilir.


Cari ilin noyabr ayında SOCAR 618 min ton neft hasil edib.


Ümumilikdə, 2016-cı ilin yanvar-noyabr aylarında Azərbaycan üzrə neft hasilatı 37 mln. 719,3 min ton (azalma 1,4%), həmçinin noyabrda 2 mln. 998,3 min ton təşkil edib.

2015-ci ildə SOCAR 8 mln. 160,5 min ton neft hasil edib, Azərbaycan üzrə hasilatın həcmi 41 mln. 689 min ton təşkil edib.

Azərbaycan hökuməti 2016-cı ildə neft hasilatının həcmini 40 mln. 744.9 min ton səviyyəsində proqnozlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR