Sumqayıtda ev yanıb

Sumqayıtda ev yanıb
# 24 avqust 2015 18:57 (UTC +04:00)

Bakı-APA. Sumqayıtda yanğın hadisəsi qeydə alınıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın Sumqayıt şəhəri, Corat qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan 1 otaqlı evdə baş verib. Nəticədə, evin yanar konstruksiyaları, 20 kv.m sahədə ev əşyaları, yaxınlıqda tikilmiş ümumi sahəsi 150 kv.m olan birmərtəbəl 4 otaqlı evin dam örtüyü 2 kv.m , və 1 ədəd pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR