Lənkəranda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb

Lənkəranda zəncirvari yol qəzasında 4 nəfər xəsarət alıb
# 20 iyul 2015 18:47 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda 4 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən zəncirvari yol-nəqliyyat qəzası baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə iyulun 20-də saat 18. 00 radələrində Ələt-Astara magistralının 202-ci kilometrliyində, yolun rayonun Şilavar kəndindən keçən hissəsində qeydə alınıb. Astara rayonundan Lənkəran rayonu istiqamətinə hərəkət edən “KamAZ” markalı yük maşını şoseyə çıxarkən yolu keçmək istəyən sərnişin avtobusu ilə toqquşub. Güclü zərbədən idarəetməni itirən “KamAZ” daha sonra yolun kənarında dayanmış iki minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində hər dörd nəqliyyat vasitəsinə xeyli ziyan dəyməklə yanaşı, avtobusun 4 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Lənkəran Mərkəzi Rayon Xəstəxanasında onlara müvafiq tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə cəlb olunublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR