Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib

Rusiya BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib
# 30 dekabr 2016 17:13 (UTC +04:00)

Rəsmi Moskva BMT Təhlükəsizlik Şurasına Suriyada atəşkəsə dair qətnamə göndərib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin bildirib.

“Güman edirik ki, qətnamə üzrə səsvermə dekabrın 31-də baş tutacaq”, deyə V.Çurkin bildirib.

Bundan əvvəl Rusiya BMT Təhlükəsizlik Şurasında Suriya üzrə qapalı görüşün keçirilməsini təklif etmişdi.

Qeyd edək ki, ötən gün Suriya ordusu və silahlı müxalifət qüvvələri arasında atəşkəs rejiminin dekabrın 30-u saat 00.00-dan etibarən bütün ölkə ərazisində tətbiqinə dair razılıq əldə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR