Qaradağ rayonunda bir neçə avtomobil toqquşub, bir nəfər ölüb

Qaradağ rayonunda bir neçə avtomobil toqquşub, bir nəfər ölüb
# 05 avqust 2015 09:15 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 4-də saat 09 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini Səxavət Xalidov idarə etdiyi “KamAZ-53212” markalı avtomobili qarşıda gedən Fəthi Məcidovun idarə etdiyi “Opel” markalı avtomobilə vurub, idarəetməni itirdiyindən avtomobil yolun kənarında dayanmış Alim Vəliyevin idarə etdiyi “Shacman” markalı avtomobilə və hadisə yerinin yaxınlığında olan Sumqayıt şəhər sakini Məhəmməd Abbasova dəyib.

Nəticədə M. Abbasov hadisə yerində ölüb, S.Xalidov xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR