S&P: Azərbaycanın maliyyə-bank sistemində vəziyyət tədricən yaxşılaşacaq

S&P: Azərbaycanın maliyyə-bank sistemində vəziyyət tədricən yaxşılaşacaq
# 30 iyul 2018 10:52 (UTC +04:00)

"Standard & Poor's" beynəlxalq reytinq agentliyi Azərbaycanın maliyyə-bank sistemində vəziyyətin tədricən yaxşılaşacağını proqnozlaşdırır.

APA-Economics” xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda bildirilir.

“Biz güman edirik ki, Azərbaycanda zəif bank sistemi ilə bağlı olan risklər lokallaşdırılıb. Baxmayaraq ki, Azərbaycanda maliyyə sistemi hələ də zəifdir, biz bu vəziyyətin ölkənin iqtisadi inkişafı fonunda möhkəmlənəcəyini güman edirik”, - deyə məlumatda bildirilir.

Agentlik Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzarət səlahiyyətlərinin genişləndirilməsini pozitiv qiymətləndirir.

“Azərbaycanın pul-kredit siyasətinin effektivliyi zəif daxili bank sistemi, inkişaf etməyən kapital bazarı, bank sektorunun yüksək səviyyədə de-dollarizasiyası səbəbindən məhduddur”, - deyə hesabatda bildirilir.

Bundan başqa, “S&P” Azərbaycan Mərkəzi Bankının iqtisadi proseslərə təsir göstərmək üçün məhdud imkanları olduğunu, AMB-nin siyasətinin əsasən valyuta rejiminin bərpa edilməsi və milli valyutanın məzənnəsinin tənzimlənməsinə yönəldiyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR