Paytaxtda 160 saylı marşrut avtobusu qəza törədib, ölən var

Paytaxtda 160 saylı marşrut avtobusu qəza törədib, ölən var
# 25 noyabr 2019 18:24 (UTC +04:00)

Bakıda marşrut avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə bü gün səhər saatlarında Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb. 160 saylı xətt üzrə hərəkətdə olan marşrut avtobusunun iştirakı ilə baş verən qəzada 1 nəfər ölüb. Sərnişin Əminova Rəsmiyyə Zülfiqar qızı xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR