Livanda İŞİD liderlərindən biri yaxalanıb

Livanda İŞİD liderlərindən biri yaxalanıb
# 21 avqust 2017 22:36 (UTC +04:00)

Livan hərbi kəşfiyyatının keçirdiyi əməliyyat nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən biri Basel Abdel Kader həbs edilib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə hərbi mənbələrdən məlumat verilib.

“Hərbi kəşfiyyat İŞİD-in təhlükəsizlik üzrə başçısı, “Saker Ersal” ləqəbli terrorçu Basel Abdel Kaderi həbs edib”, mənbə bildirib. Onun sözlərinə görə, adıçəkilən şəxs 2014-cü ildə Livanın hərbi bazasına hücumun təşkilatçısı olub. 2014-cü ildə İŞİD silahlıları Suriya-Livan sərhədində Livan ordusunun mövqelərinə hücum edərək 9 hərbçini əsir götürüb. Onların taleyi indiyədək naməlum qalır.

Qeyd edək ki, avqustun 19-da Livan ordusunun komandanlığı Suriya ilə sərhəddə İŞİD-ə qarşı hərbi əməliyyata başladığını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR