"Haşdi Şabi" Telaferi İŞİD-dən təmizləmək üçün əməliyyata başlayıb

"Haşdi Şabi" Telaferi İŞİD-dən təmizləmək üçün əməliyyata başlayıb
# 29 oktyabr 2016 11:28 (UTC +04:00)

İraqın "Haşdi Şabi" mülki milis qrupu Mosul vilayətində türkmənlərin kompakt yaşadığı Telaferi İŞİD terrorçularından təmizləmək üçün əməliyyata başlayıb.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, milis qrupu əməliyyatla bağlı açıqlama yayıb. Açıqlamada qeyd olunub ki, əməliyyatlardan məqsəd bölgəni iki il əvvəl işğal etmiş İŞİD terrorçularından təmizləməkdir.

"Haşdi Şabi"ni iraqlı şiə lideri Ayətullah Əli Sistaninin çağırışından sonra İraq hökuməti yaradıb. Qrup bir neçə gün əvvəl Mosuldakı əməliyyatlarda İŞİD-ə qarşı mübarizə aparacaqlarını açıqlamışdı. İranın dəstəyi ilə yaradılan silahlı qrupun bu bəyanatından sonra Türkiyə və bir sıra sünni məzhəbli qruplar "Haşdi Şabi"nin əməliyyatlara qoşulmasının əleyhinə olub.

Beynəlxalq təşkilatlar Bağdad hökumətinin rəsmən tanıdığı milis qrupunu azad olunan bölgələrdə sünni məzhəbli insanlara qarşı qətl və soyğunçuluq törətməkdə ittiham edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR