Gəncədə 15 yaşlı qızı maşın vurub

Gəncədə 15 yaşlı qızı maşın vurub
# 26 sentyabr 2017 14:11 (UTC +04:00)

Gəncədə avtomobil piyadanı vurub.

APA-nın qərb bürosunun xəbərinə görə, hadisə günorta saatlarında M. Abbaszadə küçəsində qeydə alınıb. Şəhər sakini, 2002-ci il təvəllüdlü Aydan Rzayeva yolu keçərkən “Mercedes” markalı avtomobillə vurulub.

Xəsarət alan piyada Gəncə şəhər Təcili tibbi yardım xəstəxanasına yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR