Latviya Vergi Xidmətinin rəhbəri ölü tapılıb

 Latviya Vergi Xidmətinin rəhbəri ölü tapılıb
# 11 mart 2018 03:27 (UTC +04:00)

Latviya Vergi Xidmətinin baş direktoru İlze Tsirule evində ölü tapılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ilkin məlumata görə, meyitin üzərində xəsarətlər və ya digər zorakılıq əlamətləri aşkarlanmayıb. Müvafiq məhkəmə-tibbi ekspertizalar təyin edilib.

İki övladı olan 53 yaşlı İlze Tsirule 2016-cı ilin noyabrın 14-dən Latviya Vergi Xidmətinin baş direktoru vəzifəsində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR