Bakıda 42 yaşlı kişi dənizdə çimərkən batıb

Bakıda 42 yaşlı kişi dənizdə çimərkən batıb
# 28 iyul 2017 19:13 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Qaradağ rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin dənizdə batması barədə məlumat daxil olub. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 1975-ci il təvəllüdlü Məmmədov Adail Ziyadxan oğlunun cəsədi batdığı yerdən tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Əməliyyat saat 19:40-da başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR