Rusiyada neft emalı zavodunda yanğın olub, ölənlər var

Rusiyada neft emalı zavodunda yanğın olub, ölənlər var
# 05 oktyabr 2017 20:41 (UTC +04:00)

Rusiyanın Nijeqorod vilayətində fəaliyyət göstərən neft emalı zavodunda baş vermiş yanğın nəticəsində 4 nəfər ölüb. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, insident Kstovo şəhərində baş verib.

“Dörd nəfər ölüb. Onlar işləri həyata keçirən podratçı təşkilatın əməkdaşları olub”, - deyə Kstovo rayon administrasiyasından bildirilib.

Məlumata görə, yanğının ikinci rezervuara yayılmasının qarşısı alınıb.

Yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR