Ağsuda tövlə yanıb, 4 baş heyvan tələf olub

Ağsuda tövlə yanıb, 4 baş heyvan tələf olub
# 29 avqust 2017 05:52 (UTC +04:00)

Ağsuda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağsu rayonu, Yenilik kəndində ümumi sahəsi 126 m2 olan tövlənin yanar konstruksiyaları və damına yığılmış 30 ton ot bağlamasının 22,5 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 2 baş iribuynuzlu (dana), 2 baş xırdabuynuzlu (qoyun, keçi) yanaraq tələf olub. Otun qalan hissəsi və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR