Berlində naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb - YENİLƏNİB-1

Berlində naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb  - <span style="color: red;">YENİLƏNİB-1
# 20 dekabr 2016 02:09 (UTC +04:00)

Berlində Milad yarmarkasında naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb, 48 nəfər yaralanıb

APA-nın məlumatına görə, bu barədə Almaniya paytaxtının polisi özünün “Tvitter” hesabında” yazıb.

Bundan əvvəl 9 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilirdi.

Yük maşınının sürücüsü saxlanılıb, onunla birlikdə olan şəxs ölüb. Bununla belə Berlin polisi terror aktı versiyasını təsdiqləməyib. Cinayətkarların şəxsiyyəti haqqında heç bir məlumat verilmir.

***

00:45

Berlində naməlum şəxs yük maşınını insanların üzərinə sürüb və onları əzib.

APA-nın xəbərinə görə, bu barədə Berlin polisi özünün Tvitter hesabında yazıb.

İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.

Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir. Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.

***

00:22

Almaniyanın paytaxtı Berlində terror hadisəsi baş verib.

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, hadisə Yeni il yarmarkasında baş verib.

İlkin məlumata görə, hadisə nəticəsində 9 nəfər ölüb, xeyli yaralı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR