PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış törədib - VİDEO

PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərində partlayış törədib - <span style="color: red;">VİDEO
# 24 avqust 2015 23:58 (UTC +04:00)

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib.

Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.

“Partlayış terror hücumu nəticəsində baş verib. Güclü yanğın səbəbindən əraziyə yaxınlaşmaq mümkün deyil. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür”, - deyə G. Özdəmir bildirib.

Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.

Ərazi jandarma və polis qüvvələri tərəfindən nəzarətə götürülüb.

Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tblisi-Ərzurum qaz kəmərində partlayış törədilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR