Bugünkü hərracda dolların məzənnəsi 1,76 manata yaxınlaşıb

Bugünkü hərracda dolların məzənnəsi 1,76 manata yaxınlaşıb
# 20 dekabr 2016 09:08 (UTC +04:00)

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, hərrac 1 ABŞ dolları üçün 1,7525 məzənnəsi ilə başlayıb və 1,7570 məzənnəsi ilə yekunlaşıb. Bu, onu deməyə əsas verir ki, AMB dekabrın 21-ə USD/AZN məzənnəsini bu günlə müqayisədə 0,26% artıraraq 1,7570 səviyyəsində müəyyənləşdirəcək.

Qeyd edək ki, bu gün USD/AZN rəsmi məzənnəsi 1,7525 səviyyəsində müəyyən olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR